Bu maraqlıdır!

Qara pişiklər haqqında bunları bilirsinizmi

1. Rənglərində fərqlilik  
Əslində, qara pişiklərin hamısı tam qara rəngdə deyildir. Qara rəng gendəki mutasiya ilə əlaqəlidir. Pişiklərdə tükün rəngin iki piqment - sarı (feomelanin) və qara (eumelanin) təsir göstərir.  Sarı rəngin piqmentləri azlıq təşkil etdikdə qara rəngin çalarları daha parlaq olur. 


Əksinə, sarı rəngin piqmentləri çox olanda, o zaman pişiyin rəngi bir az qəhvəyi və ya boz rəng verə bilər. Bəzən bu nüansları yalnız müəyyən işıqlandırma şəraitində görmək mümkündür. 


2. Şəhərdə daha çox qara pişik yaşayır
Şəhərlərdə kənd yerlərindən daha çox qara pişik yaşayır.  Bunun dəqiq səbəbləri hələ tapılmasa da, tədqiqatçıların fikirlərinə görə, qara pişiklər stresə qarşı daha davamlı olur və mülayim təbiətləri onlara şəhər həyatına daha asan uyğunlaşmağa imkan verir. 


Təbii ki, dərinin rənginin qara olması kənd şəraitində, sahələrdə, çöllərdə yaşamaq üçün problem yaradır. Bir sözlə, qaranlığa, suetaya uyğunlaşmaq onların gendəindəki dəyişikliklərlə bağlıdır və bunun heç bir mistik izahı yoxdur. 


3. 17 noyabr qara pişiklərin qorunması günüdür 
17 noyabr tarixi İtaliyada Qara Pişiklərin Müdafiəsi Günü kimi qeyd olunur. Bu ənənə 2007-ci ildə Ətraf Mühitin və Heyvanların Mühafizəsi Assosiasiyasının (AIDAA) italiyalı fəalları tərəfindən təqdim edilib. Orta əsrlərdə kilsə günahsız qara pişikləri şeytanın təmsilçisi kimi təqdim edərək, onları kütləvi şəkildə məhv edib. 


O dövrlər keçsə də, xurafatın təsiri hələ də qalmaqdadır. İtaliyalı fəallar problemə diqqət yetirmək və qara pişiklərə kömək etmək üçün çağırış ediblər - yalnız noyabrın 17-si deyil, ilboyu qara pişikləri məhv olmaqdan qorumaq. 


4. Məşhurlar qara pişiklərdən qorxmurlar
Rəssamlar, yaradıcı insanlar qara pişiklərin xurafat qorxularına əhəmiyyət vermir və inanmırlar. 


Məşhur “The Beatles”qrupunun yaradıcısı və ifaçısı,  Qremmi mükafatı laureatı, britaniyalı rok-musiqiçi, müğənni, bəstəkar, qrafika rəssamı və yazıçısı Con Lennon pişikləri, özü də qara pişikləri çox sevirdi. XX əsrin dahi musiqiçilərindən olan Lennon pişiyinin adını Salt qoymuşdu. 


İngilis siyasətçisi və dövlət xadimi, natiq və yazıçı, dünyanın bugünkü simasını dəyişən əsas şəxslərdən biri olan Uinston Çörçillin Nelson adlı qara pişiyə sahib idi. Bu siyaını kifayət qədər uzatmaq mümkündür. 


5.  Qara pişiklərin əlamətləri uğur gətirir 
Bütün ölkələrdə qara pişik heç də uğursuzluq simvolu sayılmır. Bu yumşaq tüklü heyvanların var-dövlət, sevgi və uğurlar gətirdiyinə inanan yerlər var. Məsələn, Şotlandiyada evə qaçan qara bir pişiyin rifah və firavanlıq gətirəcəyinə inanılır və bu əlamət həmin pişiyin sahibini sevənlərin sayının çox olacağından xəbər verir.  


İrlandiyada qara pişik qabaqlarına çıxanda çox sevinir və onun uğur gətirəcəyinə inanırlar. İngilislər isə qara pişik dama çıxanda inanırlar ki, tezliklə onları sərvət gözləyir. 


6. Qara pişiklər  əla ovçudurlar 
Qara rəng bu pişiklərə əla ovçu olmaqda yardım edir. Gecənin qaranlığında onlar demək olar ki, fərqlənmir və bu da gəmiricilərin heç bir şansının olmadığı anlamına gəlir. Qara pişiklər dənizdə gəmilərdə üzərək siçovulları tutur və anbarlarda yaşayırlar.


Orta əsrlərdə, Avropada qara pişiklər vəba xəstəliyinin yayılmasının qarşısını alaraq gəmiriciləri məhv etdi. Axı vəbanı yayan infeksiyanın əsas daşıyıcıları siçovullar və siçanlar idi. Kim bilir, bəlkə qara, yumşaq tüklü pişiklər olmasa, cəmiyyət məhv ola bilərdi. Çox təəssüf ki, insanlar bunu sonralar unutdular və qara pişiklərə qarşı nankorluq etdilər. 


7. Dünyada qara rəngli 22 cins pişik var
Qara pişiklərə həm cins, həm də küçə pişikləri arasında rast gəlmək mümkündür. Ancaq rəsmi rəqəmlərə görə, dünyada qara rəngli cəmi 22 cins pişik var və bunların əcdadları qədim Finikiya pişikləridir. 


Hazırda dünyada yalnız qara rəngdə olan yeganə pişik cinsi Bombeydir. Onlar yüngül tüklər və ya ləkələrlə doğula bilər, ancaq zaman keçdikcə, tünd qara rəng alırlar. 


8. Qara pişiklər arasında erkəklər dişilərdən daha çoxdur
ABŞ tədqiqatçılarının fikrincə, qara pişiklər arasında erkəklər dişilərə nisbətən üstünlük təşkil edir. Elm adamları bunun səbəbini izah etməkdə çətinlik çəkirlər. 


Qara pişiklər tarix boyu xurafat səbəbi ilə insanlardan zülm görüblər. Lakin sevgi, məhəbbət dolu insanlar yenə də onlara qucaqlarını açdılar və şəfqətlərini əsirgəmədilər. 


Əziz uşaqlar, heyvanları sevin və qoruyun!