Bu maraqlıdır!

Dünyanın ən böyük quş heykəli

Hindistanın Kerala ştatının Kollam rayonunda Chadayamangalam  adlı kəndin hər bir sakininin bildiyi bir rəvayət var. Əfsanəyə başlamazdan əvvəl qeyd etmək lazımdır ki, qədim Hindistanın iki əsas eposu var. Biri “Ramayana”, digəri isə "Mahabharata"dır. 

 

Əfsanəyə görə, kəndin yaxınlığında epik Ramayana nəhəng qartalının, Ravana ilə döyüşərkən yıxıldığı qayaüstü bir zirvə var. Bundan sonra yer "Jatayumangalam" kimi tanınmağa başladı. İllər ərzində Jatayumangalam sözü dəyişərək Çadayyamanqalam, zirvə isə Catayupara oldu. Bu təpənin ve heykəlin adı, mifik Catayu quşunun Tanrıça Sitanı qaçıran Ravanadan xilas etməyə çalışan uğursuz bir cəhddən sonra düşərək qaya üzərində qalmasına həsr edilib. Quş epik Ramayana üçün əhəmiyyətli rol oynayır və əfsanələrdə quşun bu daş üzərində son nəfəsini verdiyi düşünülür.


Heykəltəraş-rejissor Radjiv Anşal bu hekayəni çox eşitmişdi.


Son 10 ilini hekayənin canladırılmasına həsr edən usta heykəltaraş deyir: “O, bütün bu illər ərzində məni ilhamlandıran güclü xarakterə sahib bir hekayədir”.


Catayu heykəli, Cadayyamanqalamın yaşıllıq sahəsində, 1000 fut yüksəkliyi olan Catayupara təpəsində, qanadları ilə kürəyi üstə düz bir şəkildə 150 fut boyunca yayılaraq uzanmış, quyruğundan başına 200 fut-a kimi gərilən, pəncələri havaya doğru 70 fut yüksəkliyə ucalan şəkildə inşa edilib.