Atalar sözləri

Atalar sözləri

Nabələdə gün də buluddur.


Nacins ağac düyünlü olar.


Nacins qarpızın toxumu çox olar.


Nadan əlindən su içmə,ab-həyat olsa da.


Nadanı kötək düzəldər, qozbeli qəbir.


Nadanın düşməni özüdür.


Nahaq qan yerdə qalmaz.


Naxır yerli-dibli yoxdur, bu, ala dana axtarır.


Naxırçı qızı naxırçı çörəyi arzular.


Nakəsə borclu olma.


Nağd alverdən ətir iyi gələr.


Nağdı əldən vermə. (Nağdı qoyub nisyənin dalınca düşmə).


Nağıl dili yüyrək olar.


Nalını almamış mıxını çalma.

 

Namaza meyli olanın qulağı azanda olar.


Namərd körpüsündən rahat keçincə, qoy aparsın o sellər məni.


Namərd gəlib mərd olmaz, yüz ətəklə, yüz yalvar.


Namərdə yaxa vermə, mərdə arxa ol.