Şeirlər

Mir Sabir. "Kompas"

 

Saat kimi olsa da,
Saatdan vardır fərqi.
O görsədir şimalı,
Cənubu, qərbi, şərqi.


Onsuz dənizdə, göydə
Heç yana getmək olmaz.
Təyyarənin, gəminin
Görən gözüdür kompas.