Görkəmli şəxsiyyətlər

Vladimir Zvorikin

Televizorun (yunanca "tele"-uzaqlıq, latınca "vizor" - görmə sözlərindəndir) ixtirası XX əsrin 20-30-cu illərinə təsadüf edir.


1933-cü ildə amerikalı mühəndis rus mənşəli Vladimir Zvorikin televizorun əsas hissələrindən biri olan ötürücü qurğunu ixtira etmişdir.


Vladimir Zvorikin 29 iyul 1889-cu ildə Murom (Rusiya) şəhərində anadan olub. Orada məktəbi bitirib, sonra Sankt-Peterburqa yollanır və texnoloji institutun tələbəsi olur. Alim sonralar təhsilini xaricdə, Paris universitetində davam etdirir.


Amerikada dörd il yaşadıqdan sonra Zvorikin elektron televiziya üçün patent alır (1923).


30-cu illərdə alim bir çox xarici səfərlərdə olur. O, Avropaya və SSRİ-yə səyahət edir. 1938-ci ildə onun səyləri sayəsində ilk elektron ötürücü televiziya stansiyası işə başlayır.


Alimə İkinci Dünya Müharibəsi illərində böyük tələbat vardı. Bu dövrdə Vladimir Zvorikin gecə görmə cihazlarının inkişafı ilə yanaşı, elektron mikroskopun ixtirası ilə məşğul idi. Tezliklə, 1940-cı ildə Zvorikin televiziyada rəngli şəkil ötürmə üsulunu kəşf etdi.


Alim ömrü boyu müxtəlif ixtiralar üçün 120-dən çox patent alıb və bir çox mükafata laiq görülürb. Zvorikin 29 iyul 1982-ci ildə vəfat edib.