Şeirlər

Dilrüba Nurəddinqızı. "Dovşan"

Dovşan çox bərk qaçırdı
Arxasına baxmadan.
– Necə sürətlə qaçır?! –
Sincab dedi ağacdan.

 

– Çox çalışıb, görünür,
Məşq edib axşam-səhər.
Yoxsa qaça bilərmi
Yorulmadan bu qədər?!

 

Bunu eşidib dovşan,
Heç ayaq saxlamadan
Cavab verdi çox qısa:
– Sən də belə qaçarsan,
Məşqçin tülkü olarsa!