Şeirlər

Zivər Ağayeva. "Küsən kitab"

Kitabı anasına
Göstərib dedi Süsən:
– Ana, axı dərsimi
Oxuya bilmirəm mən.
Ana gördü kitaba
Süsən şəkillər çəkib.
Heç oxunmur yazılar,
Ev, inək, təkər çəkib…
Ana söylədi: – Kitab
Səndən küsüb, barışmır.
Sən xətrinə dəymisən,
Buna görə danışmır.