Xəbərlər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri uşaq evində

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı və Qaz-neft-mədən fakültəsinin təşəbbüsü ilə bir qrup tələbə “Çərpələng” uşaq evində olub.

 

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tələbələr uşaqları hədiyyələr və isti geyimlərlə sevindiriblər.

 

Eyni zamanda, tələbələr uşaqlarla müxtəlif oyunlar oynayıb, onlara xoş ovqat bəxş etməyə çalışıblar.