Təbiət

İlanların ölçüsü

İlanların 2400-ə qədər növü vardır. Onlar öz ölçüləri, rəngi və ov üsulu ilə fərqlənirlər. İlanlar qarışqa, yumurta, molyusk, keçi və kayman kimi iri heyvanlarla qidalanırlar. Onlar kəllə sümüyünün alt çənə ilə elastik birləşməsi hesabına iri qəniməti uda bilirlər. Bəzi ilanlar son dərəcə zəhərlidirlər. Avstraliyalı xırda pulcuqlu ilanın zəhərinin bir damcısı minlərlə siçanı öldürə bilər. Bəzi kobralar tüpürərək qurbanı kor edir, boa və pitonlar isə onları boğur. 


Bəzi ilanların dərisi hamar, digərlərinki isə çox kobud olur. Ziyilli ilanlar öz “sumbata” dəriləri ilə sürüşkən qənimət olan balığı tutub saxlayırlar. 


Zəhərli ilanların əksəriyyəti parlaq rəngə boyanaraq, yırtıcılara təhlükəli olduqları barədə xəbərdarlıq edirlər. Bəzi zərərsiz növlər, məsələn, köndələn zolaqlı mərcan ilanı, zəhərli növlərin rəngini yamsılayır.
Sarı anakonda ən ağır ilanlardan biridir. O, sürəti ilə deyil, hiyləgərliyi ilə balıq və kaymanları ovlayır. Heyvanın ləpirləri ətrafında bir neçə gün gözləyir, sonra isə pusqudan qənimətinə hücum çəkir.


Mərkəzi və Cənubi Amerikada yaşayan itibaşlı Meksika ilanı 2 m-ə qədər uzanır, bədəninin diametri isə 1,3 sm-dir. Yaşıl rəngi onlara yarpaqlara qarışmağa, ensiz bədəni isə qurban axtarışı üçün budaqlar arasında hərəkət etməyə imkan verir.


Çoxsaylı dişləri, iri başı pitona qənimətini tutub saxlamaq üçün lazımdır. Gürzənin yastı başı, ağzında isə iki iri zəhərli dişi vardır. Qazıcı ilan bərk, kütləşmiş başının köməyi ilə torpağa girir.
Ağac ilanının ensiz başı isə ona budaqlar arasında sürüşməyə imkan verir.


İlanların 3 əsas bədən qururluşu olur: kiçik və nazik (koramal), qısa və qalın (gürzə) və yaxud iri və silindrik (torşəkilli piton).