Odlar Yurdu

Azərbaycanın palçıq vulkanları

Yer kürəsindəki 800 palçıq vulkanından 350-si Azərbaycandadır. Palçıq vulkanlarının sayına görə Azərbaycan dünyada birinci yerdədir. Palçıq vulkanları ölkəmizin təkcə quru ərazisində deyil, həm də Xəzər dənizində yayılıb. Azərbaycandakı palçıq vulkanlarının 150-si məhz Xəzər dənizindədir.

 

Bəzi alimlərin fikrincə, ilk palçıq vulkanları 25 milyon il əvvəl indiki Azərbaycan Respublikası ərazisində meydana gəlmişdi. Elə buna görə də Azərbaycandakı palçıq vulkanları ən qədim vulkanlar hesab olunur.

 

Palçıq vulkanları palçıq və kimya tikinti sənayesində, hətta təbabətdə olunan duru maddələr ibarət lava püskürür.

 

Hər il minlərlə turist palçıq vulkanlarını görmək üçün Azərbaycana səyahət edir. Onları nə cəlb edir?  Əvvəla müalicəvi palçıq vannası qəbul etmək imkanı. İkincisi, Ay səthini xatırladan möhtəşəm landşaft (turistlər vulkan kraterlərinin fonunda şəkil çəkdirərək, sonradan Aya səyahət etdiklərini deməklə öyünməyi xoşlayırlar).

 

Bundan başqa Mars planetini tədqiq edən geoloqlar bu nəticəyə gəliblər ki, Azərbaycanın palçıq vulkanları quruluşuna görə Marsdakı yüksəkliklərə çox bənzəyir. Bu vulkanlar il boyu aktivdir. Son iki əsr ərzində Azərbaycanda 200 böyük vulkan püskürməsi qeydə alınıb.  Palçıq vulkanlarından 23-ü təbiət abidəsi kimi dövlət tərəfindən qorunur.