Təbiət

Səbət ağacı

Ağaclar aləmində məşhur olan Səbət ağacı (Basket Tree) - İsveç əsilli Amerikalı fermer Aksel Erlandsonun (Axel Erlandson) (1884-1964) demək olar ki möhtəşəm əl işidir. Hobbi olaraq canlı ağaclara forma verən fermer 1947-ci ildə “Ağac sirki" (The Tree Circus) adlanan “dünyadakı ən qəribə ağacların məkanı” olan bağ yaratdı. Hər il yüzlərlə turist qəribə formalarda bitən ağaclara tamaşa etmək üçün bu parka axın edir.


Səbət ağacı və Axel Erlandsonun digər şedevrləri Kaliforniyanın Gilroy şəhərinin ailəvi parkında yetişir.


Səbət ağacını yaratmaq üçün Erlandson dairə formasında altı çinar ağacı əkdi, hamısının ucunu eyni boyda, yəni 30 santimetr yüksəklikdə kəsdi və almaz naxışını yaratmaq üçün agacların boyu böyüdükcə bir-birinə toxudu. 


Bu gün bu ağac Gilroy bağlarının “əsas cazibəsi” hesab edilir.