Şeirlər

Zahid Xəlil. Kəpənəklər

Kəpənəklər uçdular,
Bir çəmənə düşdülər;
Bəzisinin payına
Sarı çiçək düşmüşdü.
Biri öz qanadını
Zambaq üstə sərmişdi.
Biri də qərənfilin
Fincanına girmişdi.
Gün işığı yayıldı.
Şirin yuxularından
Kəpənəklər ayıldı.
Gördülər qanadları
Dönüb çiçək rənginə.
Sevinib uçuşdular
Dağa - dərəyə yenə.
O vaxtdan kəpənəklər
Gör necə rəng olublar.
O vaxtdan kəpənəklər
Uçan çiçək olublar.