Görkəmli şəxsiyyətlər

Məmməd İsmayıl

Azərbaycan poeziyası taxtında özünəməxsus yer tutan, yaratdığı gözəl yazı nümunələri ilə hələ sağlığında ölümsüzlüyə qovuşan, yenilməz ruhlu, əyilməz iradəli böyük şair Məmməd İsmayıl 1939-cu ildə Azərbaycan Respublikasının Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində  dünyaya gəlmişdir. 

 

1957-ci ildə Əsrik-Cırdaxan kənd orta məktəbini, 1964-cü ildə Azərbaycan Dövlət Universitetini, 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki ikiillik Ali Ədəbiyyat kursunu bitirmişdir. 1998-ci ildə filologiya elmləri namizədi elmi dərəcəsini almışdır.


Bir müddət Bakı Baş Tikinti idarəsində fəhlə, Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində klub müdiri, Partiya komitəsində statist, Qazax rayonlararası "Qalibiyyət bayrağı" qəzetində korrektor, Bakıda fəhlə yataqxanasında baş tərbiyəçi işləmişdir. Sonralar "Azərbaycan Dövlət Radio və Televiziya" komitəsində redaktor, böyük redaktor, şöbə müdiri, "Ədəbiyyat və incəsənət" qəzetində müxbir, "C.Cabbarlı adına Azərbaycanfilm" studiyasının Elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor, "Yazıçı" nəşriyyatında şöbə müdiri və baş redaktorun müavini, "İşıq" nəşriyyatının direktoru, Respublika Komsomolu Mərkəzi Komitəsi nəzdində gənc yazıçıların Respublika "Gənclik Ədəbi Birliyi"nin rəhbəri, Azərbaycanda demokratik düşüncənin inkişaf etməsində öncül rol oynayan,xalqı milli azadlıq mübarizəsinə səsləyən Azərbaycan və Rus dillərində çap olunan, tirajı 300 minə çatan "Gənclik-Molodost" jurnallarının yaradıcısı ve baş redaktoru, Tovuz ziyalılarının təşkil etdiyi “Oğuz” xeyriyyə  cəmiyyətinin sədri olmuş və Tovuz rayonunun sərhəd kəndlərinin erməni hücumundan qorunmasına böyük əməyi keçmişdir.

 

1989-1993-cü illərdə Xalq hərəkatının öncüllərindən biri kimi partiyalarüstü "Demokratik Qüvvələr Birliyi"nin həmsədri, 1992-1993-cü illərdə "Azərbaycan Televiziya və Radio Verilişləri" şirkətinin sədri vəzifələrində çalışmışdır. Çalışdığı hər sahədə yeniliklərə imza atmışdır. Azərbaycan Televiziya və Radio Verilişləri şirkətinin sədri vəzifəsində işlədiyi zaman tarixdə ilk dəfə Astara şəhərində Güney və Quzey Azərbaycan şairlərinin oxucularla görüşünü təşkil etmiş, görüşü özü yönətmiş və bu görüş eyni vaxtda Quzey ve Güney Azərbaycana canlı yayınlanmışdır. 1995-1996-cı illərdə Türkiyədə "TİKA" və "Türk Dil Kurumu"nun ortaq sözlük layihəsində "uzman" vəzifəsində işləmişdir.1996-cı ilin may ayından Türkiyənin Çanaqqala universitetində professor kimi fəaliyyət göstərməkdədir.


14 yaşından bədii yaradıcılıqla məşğuldur. 1970-ci ildən "Azərbaycan Yazıçılar Birliyi"nin və "Azərbaycan Jurnalistlər İttifaqı"nın üzvüdür. "Avrasya Yazarlar Birliyi"nin qurucu üzvüdür.Moskvada çap olunan ""Literaturnıe Znakomstvo" jurnalının redaksiya heyyetinin üzvü, Türkiyə təmsilcisi ve köşe yazarıdır. "Ulsulararası Sanatçılar ve Gazeteciler" birliyinin Türkiyə təmsilcisidir.2017-ci ildən Mərkəzi ofisi Bürüssledə yeləşə Bogdani Beynəlxalq Yazarlar birliyinin vitse-pirezidentidir. Rusyanın önəmli rəssamlarından biri olan Yuri Rakşa 1973-cü ildə şairin portretini işləmişdir.


"Azərbaycan Yazıçılar Birliyi"nin katibi seçilmiş və dəfələrlə "Yazıçılar Birliyi"nin idarə heyətinin, rəyasət heyətlərinin üzvü olmuşdur.Fransa  Elm,Senet və Ədəbiyyat və Ukrayna Ali Təhsil akademiyalarının həqiqi üzvüvüdür.Ukrayna Ali Tehsil Akademiyası Türk və Slavyan xalqları ədəbiyyatlarına verdiyi ədəbi föhfələrə görə ona fəxri doktora ünvanı vermişdir.  Əsərləri 50-dən çox dünya xalqlarının dilinə tərcümə edilən şair, müxtəlif ölkələrin sənətkarlarının bir çox əsərini tərcümə edərək Azərbaycan və Türk dilində çap etdirmişdir. Bir çox xarici ölkənin (Türkiyə, Ukrayna, Moldova, Macarıstan və.s.) ədəbiyyat ensiklopediyalarında həyatı və ədəbi fəaliyyəti ilə bağlı məqalələr nəşr edilmiş, həyat və yaradıcılığı haqqında (Azərbaycanda və Türkiyədə) yüksək lisans və doktorluq dissertasiyası yazılmışdır.


Mərkəzi ofisi Rumınyanın Graiova şəhərində yerləşən Mihail Emunescu Akademiyası 2018-ci ildə onun əsərlərini Nobel mükafatına təqdim etmişdir.


Dünyanın 30-dan çox ölkəsində keçirilən konfrans və şeir festivallarında (Türkiyə,Almanya,İtalya,Hindistan, Vyetnam, Kuba, Rusya, Ukrayna, Belarus, Polşa, Litva, Türkmənistan, Suriya, Rumınya, Serbiya, Bosniya, Qaradağ, Litva, Burkino-Faso və.s.) Türk və Azərbaycan ədəbiyyatlarınıı layiqincə təmsil etmişdir. İtalyada  ve Rumınyada yayınlanan "Dünya Şeir Antologiyası"nda Azerbaycan şeiri onun əsərləri ilə təmsil olunmuşdur (2015-2017). Amerika Birleşmiş Ştatlarının Koliforniya əyalətinin San Jose şəhərində dünya şeirinin seçmələrindən oluşan illik "Svyaz vremyon" (Əsirlərarası İlişkilər) antologiyasının tərcümə bölümündə Konstantinos Kavasis (1863-1933) (Yunan), William Shakespare (1564-1616) (İngiliz), Jerar de Nerval (1808-1855) (Fransız) əsərləri ilə birlikdə onun əsərlərinə də yer verilmiştir. Şairin "Adım", "Apar məni", "Burda bir şəhər yatır", "Yatan mənalar", "Döyüş, Qələbə", "Yaşıldı gözümdə dünyanın əksi" şeirlərinən yer aldığı silsilə şairin tərcüməçisi və dostu Rus şairi Mihail Sinelnikov’un ön sözü ilə başlayır. Ön sözdə M. İsmayılın dünya ədəbiyyatındakı yerindən bəhs olunur. Şairin adına Türkiyədə "Akademik Şiir Ailesi Yazarlar Kurumu" tərəfindən ildə fərqlənən bir Türk şairinə verilmək üzrə "Mehmet İsmail Edebiyyat ödülü" təsis edilmişdir. İndiyədək Azərbaycan, Türk, Fransız, Yapon, Alban, Rumın,Rus, Macar,Qazax və başqa dillərdə 40-dan çox bədii və elmi kitabı, 300-dən artıq məqaləsi çap olunmuş, 50-dən çox şerinə mahnı bəstələnmişdir.


1969-cu ildə hazırladığı Azərbaycan televiziyası tarixində ilk milli proqram olan Odlar diyarı silsilə verilişlərə görə Azərbaycan Jurnalistlər İttifaqı tərəfindən televiziya tarixində ilk dəfə Qızıl qələm, 1978-ci ildə Bakıda çap olunmuş Söz vaxtına çəkər və Moskvada çap olunmuş Dəymiş nar dənələri kitablarına görə Respublika Lenin Komsomolu və Moskvada çap olunmuş Yerlə göy arasında kitabına görə Ümumittifaq Ostrovski adına mükafatlarına, 1979-cu ildə Ceyran Muğana qayıdır sənədli filminin ssenarisinə görə isə SSRİ Xalq Təsərrüfatı nailiyyətləri sərgisinin gümüş medalına layiq görülmüşdür.

 

1996-cı ildə Türkiyə Diyanət Vəqfinin Məhəmməd peyğəmbərin kutlu doğum həftəsi münasibətilə keçirdiyi şer yarışının qalibi olmuş, 1997-ci ildə isə Türkiyənin ən əhəmiyyətli mükafatlarından biri olan Türkiye Yazarlar və Sanatkarlar Vakfının Türk Dünyasına Hizmet mükafatı Azərbaycandan ilk dəfə ona verilmişdir. Türkiyənin Konya şəhərində keçirilən Saz və Söz bayramında iştirak edərək 1990, 1991, 1995 -ci illərdə bayramın 1-ci mükafatına – böyük qızıl medallarına, 2012-ci il sentyabrın 10-16 Krımın Koktebel şəhərində keçirilən 10-cu Şeir Simpoziumunun Birincilik diplomuna, 2014-cü ildə Rusya Yazıçılar Birliyinin S.Yesenin adına Qızıl payız medalına və diplomuna layiq görülmüşdür.

 

Mərkəzi ofisi Brüsseldə  yerləşən Beynəlxalq Yazarlar birliyinin “Peter Bogdani” (2017) Fransa Elm,Sənət və Ədəbiyyat akademiyasının keçirdiyi “Avropada Özgürlik sevgisi” şeir yarışmasının qalibi olmuş,Rumınya M.Emunescu akademyasının “Mihay Enunescu” və  Ukrayna  Ali Təhsil Akademiyasının “Taras Şevçenko” medallarına layiq görülmüşdür.M Moldovanın “Literatura Arta” ədəbiyyat  qəzetində  çap olunan silsilə şeirlərə görə qəzetin poeziya üzərə illik mukafatını (2018), eyni zamanda Kosovada Alban dilində çap olunan “Unudulmaq növbəsi” kitabına görə “Azəm Shkrelit bəynəlxalq ədəbiyyat mükafatı”nı almışdır.(2018),Bunlardan əlavə Rusya Yazarlar Birliğinin İnnoketti Annenski (2018) ve Qaşgarlı Mahumud Beynelxalq fondunun Qaşgarlı Mahmud mükafatlarına (2019) layiq görülmüşdür.