Xəbərlər

Yevlaxda məktəblilərə sağlamlıqla əlaqədar seminar keçirilib

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində regional mərkəzlər  və yerli  bölmələr vasitəsilə əhali arasında maarifləndirici səhiyyə  tədbirləri aparılır. 


Cəmiyyətin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Yevlaxda  7 nömrəli tam orta məktəbdə  şagirdləri üçün sağlamlıqla əlaqədar  seminar keçirilib. 


Cəmiyyətin rayon bölməsinin sədri Həbibə Məmmədova Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının, eləcə də cəmiyyətin ölkəmizdə  həyata  keçirdiyi tədbirlər barədə məlumat verib.  “İcmaya əsaslanan sağlamlıq” proqram koordinatoru Mətanət Qaraxanova  sağlam həyat tərzi, onu şərtləndirən xüsusiyyətlərdən bəhs edib.  O, uşaqların sağlam böyüməsi üçün ətraf mühitin təmizliyinin sağlam həyat  tərzinin şərtlərdən biri olduğunu bildirib,  şagirdləri sanitar-gigiyenik qaydalara riayət olunmasına və ətraf mühitin zərərli məhsullardan təmizlənmə kampaniyalarında iştirak etməyə çağırıb.


 Məktəbin müəllimi Xədicə Musayeva  ətraf mühitin təmizlənməsi ilə əlaqədar şagirdlərin həyata keçirdiyi tədbirlərdən danışıb.