Xəbərlər

Məktəblilər Argentinanın mədəniyyəti ilə tanış edilib

Bakı Limanının korporativ sosial məsuliyyət proqramı çərçivəsində Ələt qəsəbəsindəki 127 nömrəli tam orta məktəbdə şagirdlər üçün Argentina Respublikasının Azərbaycandakı səfirliyi ilə birgə bu ölkənin mədəniyyəti və adət-ənənələri haqqında ustad dərsi keçirilib.

 

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, səfirin müavini xanım Korina Beatriz Lehmann qısa təqdimat edərək, şagirdləri Argentinanın coğrafiyası, tarixi, mədəniyyəti və adət-ənənələri ilə yaxından tanış edib. Daha sonra uşaqlar səfirliyin aşpazı və xanım Korina Beatriz Lehmann ilə birlikdə Argentinanın məşhur “chocotorta” şirniyyatı və ənənəvi mate çayının hazırlanmasını və onun tarixini öyrəniblər.


Tədbir şagirdlər, müəllimlər və limanın nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb və gələcəkdə Argentina mədəniyyətinə dair birgə tədbirlər keçirilməsi təklif olunub.