Təbiət

Sincabaoxşarlar

Sincabaoxşarlar  20 ilə qədər yaşayan və 1 kq-a qədər çəkisi olan məməli növüdür. 


Mərkəzi və Cənubi Amerikanın cəngəlliklərində və tropik meşələrində yaşayan kiçik Yeni Dünya Meymun növüdür. Başının yuxarı hissəsindən quyruğunun altına qədər uzunluğu 25 sm-ə qədər olan bu kiçik primatların uzun quyruqları var. Bəzi digər kiçik meymun növlərindən fərqli olaraq, sincabaoxşarlar quyruğunu tutma qabiliyyətinə malik deyil. Bu o deməkdir ki, quyruğundan budaqlara yapışmaq üçün istifadə edə bilmirlər. Onların uzun quyruqları hündür budaqlara dırmaşarkən tarazlığını qorumağa kömək edir.


Həm erkək, həm də dişi sincabaoxşarlar ölçü və görünüş baxımından demək olar ki, eynidir. Sincabaoxşarlar parlaq sarı ayaqları və ağ üzü istisna olmaqla çox rəngli, qısa tüklü, əsasən zeytun yaşılı və ya boz rəngdədir. Alnında daha uzun və daha tünd bir tutam tük, qara və ya tünd qəhvəyi ağzı var.


Sincabaoxşarlar ağaclarda çox vaxt keçirir. Onların olduqca çevik barmaqları var.Sincabaoxşarların  quyruğu bədənindən daha uzundur.


Cənubi Amerika və Mərkəzi Amerikadan Amazon hövzəsinə qədər yayılmış 5 müxtəlif növ sincabaoxşara rast gəlinir.


Sincabaoxşarlara  müxtəlif meşə növlərində rast gəlmək olar və hətta kənd təsərrüfatı üçün təmizlənmiş ərazilərdə məskunlaşdıqları da məlumdur. 


Sincabaoxşarlar adətən 40 və ya 50 heyvandan ibarət böyük qruplar halında ağaclarda səs-küylü uğultu edən inanılmaz sosial heyvanlardır. Ancaq bu rəqəm 500-ə çata bilər.


Bala sincabaoxşarların doğulması ən çox illik yağıntıya uyğun gələn iyun və avqust ayları arasında qısa müddət ərzində baş verir.


Təxminən 5 aylıq hamiləlik dövründən sonra dişi sincabaoxşar ilk gündən balalarını kürəyində daşımağa başlayır. Bala iki aylıq olanda anası olmadan özünü idarə etməyə başlayır. 10 aylıqda demək olar ki, tamamilə müstəqil olur. 


Sincabaoxşarlar kiçik heyvanlar, bitkilərlə qidalanırlar.


Onların əlləri və barmaqları kiçik olsa da, lakin iti dişlərindən istifadə edərək qabığı soyarkən və ya yemək yeyərkən yeməkdən yapışmaq üçün çox kömək edir.