Xəbərlər

Uşaq bağçasında Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib

Xətai rayonu 316 saylı körpələr evi-uşaq bağçasında Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib.

 
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə uşaqlar Xocalı faciəsi qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyu uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
 
 
Balacaların ifasında Xocalı soyqırımına həsr edilmiş şeir, musiqi və səhnəciklər nümayiş etdirilib.
 
 
Tədbirin keçirilməsində məqsəd, balacalara tariximizi, qan yaddaşımızı aşılamaq, vətənpərvərlik hisslərini oyatmaq, Xocalı hadisələri barədə daha dolğun məlumat formalaşdırmaqdır.