Təbiət

Vulkan kraterinin içərisində əmələ gəlmiş göl: Kerid

Kerid - nadir və qırmızı vulkanik qayalarla əhatə olunmuş, vulkan kraterinin içərisində əmələ gəlmiş neon-mavi rəngdə bir göldür. Kerid gölünü “Dünyanın gözü” olaraq da adlandırırlar.


İslandiyanın cənubunda yerləşən və Qızıl Halqaya (İslandiyada populyar bir turizm marşrutu) daxil olan Kerid gölü hətta krater gölləri arasında da bənzərsizdir. 


Onun kalderası çox güman ki, partlayış nəticəsində meydana gəlməyib. Ehtimal olunur ki, maqma ehtiyatı tükəndiyindən boş ərazidə əmələ gəlib. 

 

Gölün yaşı təxminən 3000 ildir. Ətrafdakı mənzərə isə təxminən iki dəfə yaşlıdır. Kraterin dik yamacları qarışıq bitki örtüyü ilə örtülüb. Göl inanılmaz dərəcədə parlaq və rəngarəng görünür.

 

Göl özü olduqca dayazdır (yağıntının miqdarından və digər amillərdən asılı olaraq 7-14 metrdir), lakin suyun torpaqdan aldığı minerallar səbəbindən içindəki su qeyri-şəffaf və təəccüblü dərəcədə neon-mavi rəngindədir.