Xəbərlər

Dünya Vəhşi Təbiət Günü ilə əlaqədar bu gün Azərbaycanın milli parklarında “açıq qapı” günü keçirilir

Bu gün Dünya Vəhşi Təbiət Günüdür. 


2013-cü ildən başlayaraq keçirilən bu günün məqsədi cəmiyyətin diqqətini vəhşi fauna və yabanı floranın mühafizəsinə cəlb etmək, bu sahədə ictimaiyyəti məlumatlandırmaqdır.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Dünya Vəhşi Təbiət Günü ilə əlaqədar bu gün Azərbaycanın milli parklarında “açıq qapı” günü keçirilir.


Ölkəmizdə vəhşi təbiətin, fauna və flora növlərinin mühafizəsi istiqamətində görülən mühüm işlərdən biri xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin yaradılmasıdır.


Hazırda ölkəmizdə 893 min hektar sahəni əhatə edən 10 milli park, 10 dövlət təbiət qoruğu və  24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir ki, bu da  ölkə ərazisinin 10,31 faizini təşkil edir.