Təbiət

Qırmızı dəniz kirpisi

Qırmızı dəniz kirpisi (Diadema urchin red) əsasən təmiz dəniz və okean sularında yaşayır.


Kirpinin gövdəsi sferik formadadır, bədən ölçüsü 2-3 sm, qırmızı iynələrlə birgə isə 25-30 sm uzunluğundadır.


İynələri zəhərlidir. İnsanlar üçün bu zəhər ölümcül deyil, lakin 1-2 saat içində ağrıya səbəb olur. Qırmızı dəniz kirpisinin ağzı bədənin alt tərəfində mərkəzdə yerləşir. Daşlardan yosunları qırmaq üçün ağzından istifadə edir. 

 

Əvvəllər bu canlının təxminən 10 il yaşadığına inanılırdı, lakin sonra məlum oldu ki, qırmızı dəniz kirpisi 100 və hətta 200 il yaşaya bilir. Hər yaşında bu canlı eyni həyat tərzi keçirir. Bu canlıda qocalma əlamətləri yoxdur, buna görə çox, çox uzun yaşaya biləcəyini güman etmək olar.