Təbiət

Manqalitsa donuzu

Hamımıza məlumdur ki, donuzların çox xırda tükləri olur. Ancaq Manqalitsa donuzunu uzaqdan görsəniz onun donuz deyil, qoyun olduğunu düşünəcəksiniz. 

 

Bu heyvan, XIX əsrin ortalarında macar salonta və bakoni cinslərinin, Avropa çöl donuzu və Serb şumadiya cinslərinin qarışığından əmələ gəlib. Manqalitsa və ya Manqalica adı verilmiş Macar cinsi ev donuzu qoyun kimi qalın, qıvırcıq, yunlu kürkə sahibdir. 

 

1833-cü ildə, Serbiya şahzadəsi Miloş Obrenoviç, baxıma ehtiyacı olmayan, soyuğa davamlı yeni cinsin yaradılması üçün Macar şahzadəsi Yosifə 12 yerli şumadiya cinsi donuz göndərir. Donuzların onu dişi, ikisi isə erkək idi. 

 

Donuzun inkişafı Avstriya-Macarıstanda aparılırdı. Yeni, sürətlə böyüyən yağlı donuz, heç bir xüsusi qayğıya ehtiyac duymurdu. Bu da onun Macarıstanda çox məşhur olmağına səbəb oldu. 

 

1927-ci ildə, cinsi daha da yaxşılaşdırmaq məqsədilə, “Donuz Yetişdiricilər Cəmiyyəti” yaradıldı. Mangalika, 1950-ci ilə qədər bölgədəki ən məşhur donuz cinsi idi. Lakin sonra qidasının artması səbəbindən məşhurluğu azaldı. 

 

1991-ci ildə, Macarıstanda bu cinsin sayı 200-dən az idi. 2016-cı ildə, Monte Nevado İspan şirkəti cinsi yenidən yetişdirməyə başladı. Əsasən, 3 Manqalitsa növü var ki, onlar rənglərinə görə fərqlənir: sarı, qırmızı və qaranquş qarınlı. Qaranquş qarınlı adından göründüyü kimi, qaranquş kimi üstü qara, altı isə sarıdır.