Şeirlər

Eşqin Məmmədov. Sizi xoşbəxt olasınız

İstilik duyulur qış nəfəsində ,

Günəş sevinc çəkib , öz sifətində.

Ağlayır sırsıra naz həvəsində ,

Baharı sevinclə qarşılayasınız,

Bir arzum var , sizi xoşbəxt olasınız !

 

Yaşıl çəmənləri , külək tərpədir

Çiçəklər ağacdan bizə əl edir.

Qaranquş yurduma qonaq gəlir ,

Təbiətin seyrinə bir dalasınız ,

Bir arzum var, sizi xoşbəxt olasınız !

 

Aşıqlar deyişər söz savaşında ,

Analar bişirir sac lavaşın da ,

Şamal düzəldərək , tonqal başında

Ağırlığı – uğurluğu atasınız ,

Bir arzum var, sizi xoşbəxt olasınız !

 

Nənəm dəm qoyubdur  yağlı plova

Səməni becərir , bütün el – oba .

Düz süfrəyə şəkərbura , paxlava ,

Sizi görüm şirinlikdə batasınız ,

Bir arzum var sizi xoşbəxt olasınız !