Şeirlər

Hökumə Billuri. Qarabağım

Qarabağım,

Qara sözün kim yazmışdır taleyinə?

Ana yurdum, 

Gül oylağım!

Bu dünyanın zümrüd tacı,

Niyə oldun sinəmdəki

Çarpaz dağım?

Qara bağım!

Vaqiflərin, Natəvanın,

Üzeyirin, Ulu xanın

Ana yurdu

Yad tapdağı olacaqsa,

Bülbüllərin, turacların,

Məskənində

Bayquşlar yurd salacaqsa,

Sarı bülbül, xarı bülbül

Düşmənlərin olacaqsa,

Mən olmayım!

Qoy kökündən heç olmasın

Bu yurd, yuva!

Qoy olmasın bu el-oba!