Bu maraqlıdır!

Arizonanın Daş Göbələkləri

Göbələk şəkilli Qayalar və ya Daş Göbələkləri - təbiətin milyon ildir yaratdığı heyrətamiz təbii əmələgəlmələrdir. Süxurların alt hissəsinin diametri yuxarı hissəsindən az olduğuna görə onlar həqiqətən göbələklərə bənzəyirlər.


Ən çox yayılmış göbələk şəkilli qayalar Amerikanın cənub-qərbində rast gəlinir.


Daş göbələkləri illər ərzində küləyin təsiri nəticəsində əmələ gəlir. Minilliklər boyunca, yerin səthinə yaxın olan külək tərəfindən idarə olunan qum toplusu daş nəhənglərinin "ayaqlarını" yonaraq, onlara "göbələk" forması verir.


Bəzi göbələk şəkilli qayalar, biri digərinin üstündə yerləşən 2 fərqli qayadan ibarətdir. Daş Göbələkləri alt hissədə asanlıqla dağıla bilən süxurlardan, yuxarı hissədə isə daha sabit qayalardan ibarətdir.