Təbiət

Pelikan balığı

Böyükağız balıq kimi tanınan Pelikan balığı Sakit , Atlantik və Hind okeanlarında 500-dən 3000 metrə qədər dərinlikdə yaşayır.


Bu balıq uzun və nazik bir bədənə sahibdir. Pelikan balığı 60 sm uzunluğa çatır. Ağız hissəsi pelikan quşununun ağzına bənzədiyinə görə “Pelikan balığı” adlandırılıb. 

 

Bədəninə nisbətən ağızı böyükdür. Bədəninin ümumi uzunluğunun 1/3 hissəsini ağzı, qalan hissəsini isə quyruğuna kimi uzanan nazik bədəni təşkil edir. Quyruğunun ucunda parlaq bir orqanı var.


Böyükağız balığının pulcuğu, qabırğası və bütöv bir sümük skeleti yoxdur. Onların skeleti bir neçə deformasiya olunmuş sümükdən və yüngül qığırdaqdan ibarətdir. Buna görə də, bu balıqlar olduqca yüngüldür. Kiçik baş kəlləsi və kiçik gözləri var.


Pelikan balığı sürətlə üzə bilmir, çünki onların sinə üzgəcləri az inkişaf edib. 


Bir çox dərin dəniz sakinləri kimi, böyükağız balığının iki işıqsaçan bədən hissələri var: bel və quyruq hissəsi. Bu balıq öz ölçüsünü aşan şikar udmağa qadirdir. Udulmuş şikar, inanılmaz ölçülərə qədər uzana bilən mədəyə girir.


Pelikan balığı dərinlikdə qarşılaşa bilən digər dərin dəniz balıqları və xərçəngkimilərlə qidalanır.