Nağıllar, hekayələr

Vəba və Zəvvar

Bir gün Vəba ilə Zəvvar yolda qarşılaşır. 


-Yolun haradır? –  vəba soruşur.


-Yolum Məkkəyədir. Müqəddəs yerlərə baş çəkməyə gedirəm. Bəs sənin yolun haradır?- deyə zəvvar soruşur.


- 5000 nəfərin canını almaq üçün Bağdada gedirəm – vəba cavab verir.


Vəba və zəvvar yollarını ayırır, hərəsi öz yolu ilə davam edir. Bir ildən sonra həmin yerdə bir də görüşürlər.


- Sən mənə yalan dedin! Mənə dedin ki, 5000 can alacam, amma 55000 can aldın-  zəvvar vəbaya acıqla söyləyir.


- Yox! Mən sənə doğru söylədim! Bağdadda oldum və 5000 can aldım, qalanları qorxudan öldülər.