Bayatılar

Layla

Beşiyini bəzəyəydim,
İçinə gül düzəydim.
Nə dedim ki, sən küstün
Kaş dilimi kəsəydim.

 

Laylanın adı nədi?
Şəkərdən dadı nədi?
Çağırıram, səs verməz
Bilmirəm, dərdi nədi?

 

 

 

Layla dedim, yatginən
Bağ gülünə batginən.
Bağ gülü kölgə salıb,
Kənarında yatginən.