Təbiət

Ağ zürafələr

Zürafə sözünün latınca mənası “camelopardalisdir”. Yəni camel “dəvə” və leopard sözlərinin birləşməsindən əmələ gəlib. İlk dəfə kəşf edildikdə bədən tipləri və üzərindəki şəkillərə görə, bu iki heyvanın qarışığı olduğu düşünülüb.

 

Təbiətdə, üzərindəki rəng və ləkələrin fərqli olduğu zürafələrə çox rast gəlinir. Lakin üzərində heç şəkil və rəngə rast gəlinməyən zürafə demek olarki yox səviyyəsindədir. İndiyə qədər təbiətdə qar bəyazı olan bu zürafələri görmək iki dəfə mümkün olub. 

 

İlk dəfə 2016-cı ildə Tanzaniyanın Tarangaire Milli Parkında, ikincini isə Keniyadakı Hirola heyvanları qoruma bölgəsində görmək mümkün olub. Keniyada müşahidə edilən bu bəmbəyaz ana-bala zürafə xoşbəxtlikdən heyvanların qeyri-qanuni ovçuluqdan qorunduğu bölgədə yaşayır. Ancaq, üzərlərində kamuflyaj rəngləri olmadığına görə meşə ərazisində onları asanlıqla görmək mümkündür. 

 

Ağappaq olmaqlarına baxmayaraq bu zürafələr albinos deyil. Onlar sadəcə “leykizm” deyilən dəri rənginə sahibdirlər. Leykizm nadir bir genetik dəyişmədir və buna sahib heyvanların bədənlərində rəng piqmentləri yaranmır. 

 

Bir-birinə bənzəsə də, leykizm və albinizm arasındakı fərq gözlərin piqmentasiyasındadır. Leykizmli növlərdə gözlər normal rəngə malikdir, albinoslarda isə buynuz qişanın piqmentasiyasının olmaması müşahidə olunur. Leykizmə sahib nadir heyvanlara nümunə kimi İsveç meşəsində rast gəlinmiş böyük ağappaq maralı göstərmək olar.