Şeirlər

Əhməd Cəmil. Şaxta baba xoş gəlib

...Qopdu bayırda tufan,
Uğuldadı yel, boran.
Döyüldü pəncərə bərk,
Açdı qapını külək.


Yelləndi çil-çiraqlar,
Doldu evə soyuq qar...
Aha-aha deyəsən,
Şaxta babadır gələn!


Saç-saqqalı tamam ağ,
Başında qardan papaq.
Girdi evə bir qoca
Boyu çinardan uca.


Yapıncısı buz kimi.
Parlayır ulduz kimi.
Qotazlı, qar xurcunu,
Uşaqlar görcək bunu-


Alıb dövrəyə həmən,
Tutdular ətəyindən:
-   Şaxta baba!...
-   Şaxtacan!...
-   Haradasan bu vaxtacan?...