Bu maraqlıdır!

Obuda adası

Obuda adası və ya Buda adası  (bəzi mənbələrdə «Hajogyari» adası olaraq da keçərlidir) - Budapeştin əsas istirahət zonalarından biridir. Dunay çayında yerləşən ən böyük adadır. 1873-cü ilə qədər Obuda adası müstəqil bir Macarıstan şəhəri idi. Sonradan Obuda, Buda və Peşta şəhərləri bir şəhərə birləşdikdən sonra Budapeşt Macarıstanın paytaxtına çevrildi. Obudada ilk yaşayış məskənləri Daş dövrünə aiddir. Macar dilində Obuda “Köhnə Buda” deməkdir.

 

Hər ilin avqust ayında adada məşhur Siget Festifalı keçirilir. Bu festivalda iştirak etmək məqsədi ilə yüzlərlə turist adaya axın edir.

 

Ada Dunay çayının 1651-1654-cü kilometrliyi arasında yerləşir. Sahəsi 108 hektardır. Adanın uzunluğu 2750 metrdir. Çayın 1653 kilometrliyində adanın maksimal eni 500 metr təşkil edir. Obuda adası qərb hissədən sahildən 70-80 metr aralıda yerləşir. Cənubunda yerləşən Buda körpüsü adanı çayın sahilinə birləşdirir.

 

Adada ilk əvvəllər romalılar qala inşa etmişlər. Burada 6000-lik roma ordusu yerləşirdi. Sonradan qala ətrafında şəhər meydana gəlir və 106-cı ildə şəhər əhalisinin sayı 40.000 keçmişdir. 409-cu ildə Romalılar adanı tərk etmişlər. Hal-hazırda belə o dövrdən qalan xarabalıqları görmək mümkündür. Bura meşəli ovçuluq bölgəsi olub. XVII əsrdə ada mülkiyyət olarq Zici ailəsinə keçir. Ada ərazisində yerləşən romalılara aid divarlar 1836-cı ildə aşkar edilib.

 

Adanın sahəsinin 28 hektar ərazisi limanların balansına verilir. Adanın qalan hissəsi kənd təsərrüfatı istifadəsi üçün ayrılıb. Uzun müddət adaya giriş yalnız bərə ilə təmin edilirdi. İlk daimi körpü 1858-ci ildə inşa edilib.

 

1900-cü ildə Around Hajógyári "Böyük Ada" adlanırdı. Adanın cənubunda yerləşən bütün şirkətlər sonradan köçürülüb.

 

1960-ci ildə inşasına başlanan körpü 1967 -ci istifadəyə verilir. 1973-cü ildə 9 May Parkının balansına torpaq sahəsi ayrılır.

 

Adanın məşhurlaşmasında Siget Festivalı böyük rol oynanır. Kommunist hökumətinin süqutundan sonra musiqiçilərin fikri olaraq festivalın keçirilməsi irəli sürülür. Festival 1993-cü ildən başlayır. 1996-cı ildən 2001-ci ilə qədər festivalın əsas sponsoru Pepsi şirkəti olduğundan festival Pepsi Siget adlandırılıb. 2002-ci ildən ( "ada festivalı") Siget Festivalı adlanır.

 

Yaxın gələcəkdə adada ümumi xərci 1,5 milyard dollar otel və istirahət kompleksinin tikintisi planlaşdırılır. 2012-ci ilə beynəlxalq konsorsium tərəfindən hazırlandığından Avropada ən böyük kompleks olacaq. Yeni kompleksdə 3500 nəfəri qəbul edə biləcək konfrans mərkəzi, üç-beş ulduzlu otellər olacaq, Amerika sayağı kazino oyunları çox müxtəlif növ əyləncələr təqdim edəcək. Kompleksin ümumi daxili sahəsi 32,000 m² olmaqla adanın ümumi sahəsinin 10% təşkil edir.