Bu maraqlıdır!

Balıq yağışı

Təbiətin ən müəmmalı hadisələrindən biri balıq yağışı hesab edilə bilər. Bu təbii fenomen azı ildə bir dəfə güclü qasırğa zamanı müşahidə edilir.

 

Dünyanın hər yerində müşahidə olunur, ancaq Hondurasda ən azı ildə bir dəfə baş verir.

 

Balıq yağışı bu bölgənin əhalisi üçün müntəzəm bir hadisədir. Hər il may-iyul aylarında şahidlər səmada qaranlıq bir buludun göründüyünü, sonra şimşək çaxdığını, ildırım düşdüyünü, güclü külək əsdiyini və güclü yağışın 2-3 saat davam etdiyini söyləyirlər. Daha sonra, yüzlərlə canlı balığın torpaq üstündə səpələndiyinin şahidi olurlar. Sakinlər balıqları toplayıb ya qida kimi istifadə edirlər, ya da bazarda satışa çıxarırlar.

 

Bu fenomen üçün ümumi qəbul edilən izahat, güclü qasırğa və xortumun dənizdən balıqları səmaya qaldıraraq aşağı doğru yağış kimi səpələməsidir. Bir çox insan isə bu fenomenin məhz müqəddəs sayılan İspan katolik-missioneri Xose Manuel Subiranın etdiyini düşünür. O, 1856-1864-cü illərdə Hondurasa səfər edib və  çox sayda kasıb insanla görüşüb. 3 gün, 3 gecə dua edərək Allahdan kasıbların sağ qalmasına kömək edəcək bir möcüzə istəyib.  Deyilənə görə, elə o vaxtdan bəri Balıq Yağışı yağmağa başlayıb.

 

1806-cı ildə Almaniyanın Əssən şəhərində böyük bir dolu dənəsi tapılıb. Dolunun içində 4 sm uzunluğunda bir Sazan vardı. 2.7 kq ağırlığında bir başqa balıq göydən Hindistandakı Jelapura düşüb.