Musiqi

Vətən marşı

Musiqi: Səid Rüstəmov

Söz: Süleyman Rüstəm

 

 

Yürüş marşları Vətənin müdafiəsinə çağırış kimi səslənir və qələbəyə ruhlandırır. Müxtəlif yürüşlərdə və hərbi keçid zamanı səslənən marşlar yürüş marşlarıdır. Onlar insanların bir yerdə nizamlı addımlamalarına kömək edir. Bu marşların ifasında nəfəsli və zərb alətlərindən istifadə olunur.

 

Birinci bənd


Ey Vətən, torpağın əzizdir mənə,
Mən səndə tapmışam səadətimi.
Könüldən mahnılar qoşmuşam sənə
Çevirib bayrağa məhəbbətimi.

 

Nəqərat


Şöhrətim, ey Vətən, şanım, ey Vətən,
Sən mənim adımı ellərə yaydın.
Ürəyim, ey Vətən, canım, ey Vətən,
Mən şair olmazdım, sən olmasaydın.


İkinci bənd


Gözümü dünyaya açanda ilkin
Anamı görmüşəm, səni görmüşəm.
Əhdinə vəfalı bir oğul təki
Döyünən qəlbimi sənə vermişəm.


Nəqərat


Şöhrətim, ey Vətən, şanım, ey Vətən,
Sən mənim adımı ellərə yaydın.
Ürəyim, ey Vətən, canım, ey Vətən,
Mən şair olmazdım, sən olmasaydın.