Xəbərlər

Teatr Muzeyində uşaqlar üçün tədbir - “Qoy həmişə günəş olsun!”

İyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi bu tarix Azərbaycanda da təntənəli şəkildə qeyd olunur.

 

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar mayın 31-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Qoy həmişə günəş olsun!” adlı tədbir təşkil edilib.

 

Tədbirdə aktyor, rejissor Elşad Rəhimzadə “Mappet şou” adlı səhnəciklə balacaların görüşünə gəlib. O, öz kuklaları ilə uşaqlara ustad dərsi keçib. Daha sonra Bakı Xoreoqrafiya Akademiyasının şagirdləri müxtəlif rəqslərlə çıxış ediblər.