Təbiət

Pandalar niyə çox yeyirlər

Dünyanın ən nadir məməlilərindən biri olan nəhəng pandalar Çinin cənub-qərbində dumanlı, yağışlı dağlarda, sıx bambuk meşələrində yaşayırlar. 

 

Pandalar yırtıcılar dəstəsinə aid olsa da qida rasionunun çox hissəsini bitki təşkil edir. Demək olar ki, onlar yalnız bambuk tumurcuqları və yarpaqları yeyirlər (bu səbəbdən də onlara həm də bambuk ayısı deyirlər). 

 

Qidalarının 99 faizini bambuk təşkil etsə də pandalar bəzən balıq və kiçik heyvanlarla da qidalanırlar. Yetkin panda gün ərzində 30 kq bambuk yeyə bilir. 

 

Pandalar günün 12 saatını yemək yeməyə sərf edirlər. Bunun səbəbi isə odur ki, yedikləri yeməyin yalnız beşdə bir hissəsi həzm olunur. Bambuk çox da doyurucu hesab edilmir.

 

Sağlam qalmaları üçün bədən çəkilərinin 15%-dən çoxu qida ilə təmin olunmalıdır. Onların tez-tez qidalanma səbəbi də bununla bağlıdır. Yetkin dişi panda 200 kiloqram ağırlığında olur.

 

Pandalar xoş təbiətlidirlər, utancaq və şıltaq olurlar.