Şeirlər

Şirinxanım Kərimbəyli. Məktəb

Məktəb-həyat kamalı,
Ağlımıza incidir.
Gələcəyin amalı,
Yaşamaq sevincidir.

 

Kitablarla o bizə,
Dil tapmağı öyrədir.
Düşüb zamanla izə,
Düz çapmağı öyrədir.

 

Odur ömrün işığı,
Gələcəyin can barı.
Həyatın yaraşığı,
Uşaqlığın nübarı.