Şeirlər

Rafiq Yusifoğlu. “Ananın iş otağı”

Həm məktəbdə, həm evdə 
İşləyir mənim anam. 
Elə bil, heç yorulmur,
Heyran olmuşam ona. 

 

Xoş zümzümə süzülür, 
Anamın dodağından. 
Heç vaxt iş əskik olmur 
Onun iş otağından.

 

O, məktəbdən gələndə, 
Elə bil, bahar gəlir. 
Bizim mətbəximizdən 
Dadlı qoxular gəlir...