Xəbərlər

Uşaq bilik portalının keçirdiyi “Evdə qal” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Uşaqların müdafiə günündə Uşaq Bilik Portalının instagramda “Evdə qal” mövzusunda  keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb. 

 

Müsabiqə boyunca Azərbaycanın müxtəlif bölgələrindən olan uşaqlar öz video və şəkillərini portala göndəriblər.

 

Birinci yeri Sima İsmayılova, ikinci yeri Aydan Abbasova, üçüncü yeri Nihad Cavadbəyli, məktəblərdən isə Bakı Avropa Liseyinin 4a3 sinfi tutub.

 

Bütün uşaqları Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edirik. Yeni yarışmalarda görüşənədək.