Nağıllar, hekayələr

Dörd arzu

Azad qış tətili günlərində Şamaxıya dayısıgilə getmişdi. Bütün günü uşaqlarla qartopu oynayır, qaradamı düzəldir, xizəklə təpədən sürüşürdü.


O, yanaqları şaxtadan qızarmış, şən halda qaçaraq atasına yaxınlaşdı:
- Ata, qış necə də gözəldir! Kaş həmişə qış olaydı!
- Oğlum, öz arzunu dəftərçənə yazsaydın, yaxşı olardı, - deyə atası cavab verdi.

 

Azad təəccüblənərək arzusunu dəftərçəyə yazdı.

 

Bahar gəldi. Azadın arzusu ilə atası onu tətildə yenə dayısıgilə apardı. Azad bütün günü uşaqlarla yaşıl, güllü-çiçəkli çəmənlikdə kəpənəklərin dalınca qaçırdı.

 

Uşaq sevincək halda öz hisslərini atası ilə bölüşdü:
- Mən istəyirəm ki, həmişə bahar olsun. Dəftəri cırıb tulladı.

 

Atası onun bu arzusunu yenə dəftərçəsinə yazdırdı.

 

Azad yayda yenə ailəsi ilə Şamaxıya getmişdi. Bütün günü şənlənir, günəşin parlaq şüaları altında qızınır, istirahət edirdi. Bir gün o, yenə atasına dedi:
- Mən heç belə şənlənməmişdim. Doğrudan da, yay fəsli lap gözəldir.

 

Azadın bu arzusu da dəftərçəyə yazıldı.

 

Payız gəldi. Azad payızın gözəlliklərini, təbiətin əlvan rənglərini görərək atasına dedi: “Payız ki fəsillərin ən gözəli imiş!”

 

Bu zaman atası dəftərçəni çıxarıb oğluna göstərdi.

 

Azad gördü ki, o hər fəsil üçün eyni tərifli sözlər demişdir.