Uşaq yaradıcılığı

Məryəm Bağırova. “ Azərbaycan mədəniyyətini Avropa ölkələrində layiqincə tanıtmaq istəyirəm”

Bu gün rubrikamızın qonağı 7 yaşlı Məryəm Bağırovadır. Məryəm 2013-cü il sentyabrın 8-də Bakıda anadan olub.

 

Bakı Avropa Liseyinin 1R1 sinif şagirdinin yaşının az olmasına baxmayaraq, əldə etdiyi uğurlar olduqca böyükdür.

 

Məryəm 4 yaşından bədii gimnastika ilə məşğul olmağa başlayıb. Valideynlərinin və müəllimlərinin dəstəyi ilə öz üzərində daima çalışan Məryəm bir çox yarışlarda iştirak edib və müxtəlif yerlər qazanıb.
 

Bədii gimnastika ilə yanaşı, şəkil çəkməyə və plastilindən maraqlı əl işləri düzəltməyə böyük həvəsi olan Məryəm  bizi əl işləri ilə də tanış etdi. Əl işlərini düzəldərkən Məryəm daha çox canlı rənglərə üstünlük verir.

 

Yaradıcılığa önəm verən Məryəm gələcəyin tanınmış dizayneri və ya heykəltaraşı olmaq arzusundadır. O, deyir ki, milli ornamentlərdən istifadə edərək heykəltaraşlıq nümunələri yaradıb, Azərbaycan mədəniyyətini Avropa ölkələrində layiqincə tanıtmaq istəyir. İnanırıq ki, Məryəm vaxtı gələndə bütün arzularını reallaşdırmağı bacaracaq.

 

Son olaraq AZƏRTAC-ın  Uşaq Bilik Portalı  adından Məryəmə indiki və gələcək işlərində uğurlar arzulayır, rubrikamızın qonağı olduğu üçün təşəkkür edirik.