Bu maraqlıdır!

Dünyanın ən böyük gül bağı

50 milyondan çox gül və 250 milyon bitki ilə əhatə olunan dünyanın ən böyük bağı Dubayda yerləşir. "Dubai Miracle Garden” (Dubay Möcüzə Bağı) adlanan parkın ərazisi 70 min kvadrat metrdir. 

 

Parkda müxtəlif gül növləri yetişdirilir. Burada Birləşmiş Ərəb Əmirliklərinin qurucusu Şeyx Zayed bin Sultan əl-Nahyanın güllərdən hazırlanmış portreti, 10 metr hündürlüyündə “gül piramidası” və 3 metrlik divar var.