Xəbərlər

Tanış olun, “Nu, poqodi” cizgi filminin yeni qəhrəmanları

Məşhur “Nu, poqodi” cizgi filminin son buraxılışının yeni qəhrəmanları qunduz Tim, kirpi Şu və maral Ulya olacaq.


“Soyuzmultfilm”in istehsalı olan bu qəhrəmanların obrazları ilk dəfə olaraq ictimaiyyətə təqdim edilir.


“3d formatında təqdim etdiyimiz yeni tip qəhrəmanları yaradarkən biz çalışdıq ki, onlar müasir uşaqların zövqüncə olsun və valideynlərdə etibar hissi yaratsın. Yeni serial 6-8 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Uşaqlar bu yaşda aktiv böyüyür və onlar üçün pozitiv bir nümunə görmək çox vacibdir. Tim, Şu və Ulya aktual görünürlər. Onlar özlərinə əmin, başqalarına qarşı mehriban və hər zaman kömək etməyə hazır olan qəhrəmandırlar. İnanıram ki, tamaşaçılar bu personajları bəyənəcək. Onlar bizim də çox xoşumuza gəlir”, - deyə “Soyuzmultfilm”in baş prodüseri Olqa Osetinskaya bildirib.


Şirkət 52 bölüm çəkilməsini nəzərdə tutub. İlk mövsümdə 26 bölüm efirə gedəcək.


Studiyanın rəhbəri Yuliyana Slaşevanın sözlərinə görə, yeni seriyanın premyerası yayın sonu və ya payızda təqdim oluna bilər.