Nağıllar, hekayələr

"Uşaqların nağılı"

Uşaqlar bağçada yığışıb söhbət edirdilər:

Gəlin bir yerdə nağıl quraq. Birimiz bir cümlə deyək. Qalanlarımız növbə ilə onun davamını söyləyək. İstəyirsiniz, mən başlayım?

– Başla, başla.

Gülnar: – Biri var idi, biri yox idi, bir bağban var idi.

İlqar: – Onun bir oğlu, bir qızı var idi.

Aysel: – Bir gün bağbanın uşaqları ərik ağacı əkdilər.

Anar: – Qardaşlar hər gün ağacı sulayırdılar.

Gülnar: – Yaz gəldi, ağac çiçəklədi.

İlqar: – Bir azdan uşaqların əkdiyi ağac bar verdi.

Aysel: – Bağban bunu görüb çox fərəhləndi.

Anar: – Uşaqlar yetişmiş armudları yeşiyə yığıb bazara apardılar.

Gülnar: – Meyvələri satdılar, pulunu gətirib atalarına verdilər...