Yumor

Yaxşı tanımaq olur

Bir gün Molladan soruşdular:
– Molla, deyə bilərsənmi, bu saat, bu şəhərdə sənin neçə dostun var?


Molla deyir:
– Bu saat deyə bilmərəm. Çünki bu il taxılım yaxşı gəlib, kefim sazdır.


Dostları əli aşağı olanda yaxşı tanımaq olur.