Xəbərlər

“Moms & Kids” klubu uşaqlar üçün piknik təşkil edir

Sentyabrın 29-da “Moms & Kids” klubu uşaqlar üçün piknik keçirəcək.


Botanika bağında keçiriləcək piknikdə uşaqlar çətirləri bəzəyəcəklər. Bundan əlavə, onları feys-art, dadlı yeməklər və fotosessiya gözləyəcək. 


Saat 12:00-da baş tutacaq piknik dörd yaş və daha yüksək uşaqlar üçün nəzərdə tutulub.