H. Həsənov. Bunu eləmək olmaz!
İndi altı yaşım var,
Daha yekə oğlanam.
Evdə məni tək qoyur
İşə gedəndə anam.
Bilirəm ki, kibritə
Heç vaxt əl vurmaq olmaz.
Mətbəxdə qaz yananda
Yanında durmaq olmaz.
Ütü, qayçı, bıçağa
Əlimi uzatmaram.
Oyuncaqla oynasam,
Dağıtmaram, atmaram
Elektrik xəttinə
Nə üçün dəysin əlim?
Bunu mənə öyrədib
Anam, bir də müəllim.
26.06.2020