Şeirlər

Simax Şeyda. Güllərim

Bağçada gül əkmişəm,

Zəhmətini çəkmişəm,

Alın təri tökmüşəm,

Açın,açın güllərim

Ətir saçın güllərim

Boy atın gündən-günə,

Ucalın göy üzünə.

Sevinc bəxş edin mənə,

Açın, açın güllərim

Ətir saçın güllərim

Bir dəstə gül dərib mən,

Anama verdim dünən.

Anam öpdü üzümdən,

Açın, açın güllərim

Ətir saçın güllərim