Bu maraqlıdır!

Səma mavisi Entoloma hochstetteri göbələyi

2002-ci ildə inanılmaz dərəcədə heyrətamiz bir bitki - Səma mavisi “Entoloma hochstetteri” göbələyi  kəşfi edildi. Bu təbiət möcüzəsi Yeni Zelandiya və Hindistan meşələrində yetişir. Göbələyin zəhərli olduğu güman edilir, lakin toksikliyi tam öyrənilməyib.

 

Göbələk, fərqli mavi rəngini, bəzi dəniz onurğasızlarında olduğu kimi, azulin piqmenti sayəsində əldə edir.

 

İlk dəfə, 1866-cı ildə Entoloma hochstetteri göbələyi bir Avropalı tərəfindən təsvir edilmişdir. Lakin, ilk olaraq 2002-ci ildə Yeni Zelandiyada göbələk barəsində məqalə nəşr olundu. Bu kəşflə yanaşı, elm adamları digər qəribə göbələkləri də kəşf etdilər, lakin heç biri Səma mavisi göbələyi kimi ictimai diqqəti cəlb etmədi.

 

Bu göbələk gözəllik və unikallıq rəmzi olaraq 1990-cı ildə Yeni Zelandiyanın Ehtiyat Bankı tərəfindən 50 dollarlıq əskinasın arxasında da görüldü.

 

Entoloma hochstetteri göbələyi ilə qarşılaşmaq çox çətindir - bir qayda olaraq, yosun, düşmüş yarpaqlar və nəmişlik çox olduğu yerlərdə yetişir.