Şeirlər

Fikrət Sadıq. Əlifba dərsində

Baş açmıram bu işdən
Çaşıb qalmışam düzü.
Anama oxşayır lap,
Yazdığım “ana” sözü.
Bu bir “a”,bu da bir “a”
Anamın iki gözü.
İki “a” arasında
“N” da anamın üzü.