Bu maraqlıdır!

Almaniyada daşlı dəniz

Almaniyada “Felzenmeyer”, Daşlı və ya Qayalı dəniz, adlanan çox maraqlı bir yer var. Bu qeyri-adi məkan Odenvald təbiət qoruğunda, Odin meşəsində yerləşir.

 

Felzenmeyer - dağdan “axan” çox sayda daş qatıdır. Daşlar diorit mənşəlidir (yalnız almaz köməyi ilə işlənə bilən çox sərt bir qaya parçası). Onların bəzilərində, qəribə də olsa, diqqətlə baxılsa işlənmə izləri görmək mümkündür. Daşların arasında sütun parçaları da var.

 

Ən maraqlısı da odur ki, Odenvalddakı daşların və sütunun necə işləndiyi sirr olaraq qalır. Yeri gəlmişkən, əfasanəyə görə, Odin (qüdrətli Skandinaviya tanrısı), almazdan güclü və sehrli gücə malik olan “Qunqir” nizəsinə sahib idi.