Xəbərlər

Su polosu üzrə açıq paytaxt çempionatına yekun vurulub

Bakı, 15 may, AZƏRTAC

 

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Su İdman Sarayında ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş su polosu üzrə açıq paytaxt çempionatı keçirilib.

 

BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, çempionatda yerli idmançılarla yanaşı, Tbilisi komandası da iştirak edib.

 

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Su İdman Sarayının komandası qalib gəlib. Su İdmanı üzrə Yüksək İdman Ustalığı Məktəbinin komandası yarışı ikinci, Tbilisi kollektivi üçüncü yerdə başa vurublar.

 

Mükafatçılara müvafiq dərəcəli diplom və xatirə hədiyyələri təqdim olunub.